Gələcək gizirlərə atış məşğələləri keçirildi - VİDEO

media-hightechnic-468x90

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Gizir hazırlığı” kursunun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib.

media-banner_tuq

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, atışdan qabaq kursantların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib. Silahların taktiki-texniki xüsusiyyətləri, onlardan istifadə qaydaları, eləcə də nişanalma və atəş açmanın digər əsasları öyrədilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Kursantların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin vaxtında aşkar edilərək dəqiq atəşlə məhv edilməsinə yönəldilib.

Atış çalışmalarında verilən bütün tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05