Azərbaycan kursantları Qazaxıstanda keçirilən "Aybın-2026" toplanışında iştirak edirlər - FOTO

media-hightechnic-468x90

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin kursantlarından ibarət komanda Qazaxıstanın Akmola vilayətində keçirilən XII Beynəlxalq “Aybın-2026” Gənclərin Hərbi-Vətənpərvərlik Toplanışında iştirak edir.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda Azərbaycan komandası ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandaları, həmçinin Qazaxıstanın güc strukturlarının, hərbi təhsil müəssisələrinin və hərbi-vətənpərvərlik klublarının nümayəndələri iştirak edirlər.

Tədbirin əsas mərhələləri plana uyğun olaraq Şokan Ualixanov adına Hərbi Kollecin “Amandık” təlim poliqonunda keçirilir. Toplanış çərçivəsində 53 komandanı təmsil edən 1000-ə yaxın iştirakçı arasında hərbi-taktiki səhra oyunları, intellektual və yaradıcılıq müsabiqələri, eləcə də robototexnika üzrə yarışlar təşkil olunur.

Azərbaycan komandası “Aybın-2026” toplanışında yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirərək Azərbaycanı layiqincə təmsil edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05