Gəncədə 17 yaşlı oğlan bıçaqlanıb

media-hightechnic-468x90

lllllllkGəncədə bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə saat 23:00 radələrində baş verib.

Gəncə şəhər sakini, 24 yaşlı Abbas Yusifovla, 17 yaşlı Sadiq Verdiyev arasında mübahisə yaranıb. A.Yusifov əlindəki bıçaqla bir neçə dəfə S.Verdiyevin qarın nahiyəsinə zərbə endirib.

Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən S.Verdiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa