!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər təşkilatları üçün elan edilən 15-ci qrant müsabiqəsinin nəticələri elan olundu

!Reklam – Yazi

Azərbaycan Respublikasının Gənclər Fondunun 5 – 24 İyul 2021-ci il tarixlərində keçirdiyi 15-ci qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 66, beynəlxalq layihələr üzrə 3 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Müsabiqə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliği, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsi, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılması, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafı, innovativ gəncliyin potensialının ortaya çıxarılması, sağlam düşüncəli gəncliyin yetişməsi, Nizami Gəncəvi irsinin gənclər arasında təbliği, könüllülüyün inkişafına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaq məqsədilə elan olunmuşdur.

15-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsindən (www.youthfoundation.az) tanış olmaq mümkündür.

Qeyd edək ki, müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 4 oktyabr 2018-ci il tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədənkənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv