Göyçay sakini faciəvi şəkildə öldü

media-hightechnic-468x90

gtygh7y87i9Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə bu gün axşam saatlarında Göyçayın Şahsoltanlı kəndində qeydə alınıb.

Kənd sakini 1964-cü il təvəllüdlü Kərimov Kərim Musa oğlu yaşadığı evdə elektrik lampasını dəyişərkən ehtiyatsızlıq edib və naqildəki nazaqlıq səbəbindən cərəyan onu vurub. Hadisə yerinə Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa