Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Güclü küləyin Bakıda və Sumqayıtda törətdiyi FƏSADLAR - FOTO/VİDEO

Bakının daha iki ərazisində güclü küləyin təsirindən ağaclar aşıb.

Yenicag.az xəbər verir ki, hadisələr Hüseyn Cavid prospektində və Tərlan Əliyarbəyov 13b ünvanında qeydə alınıb.

İkinci hadisə zamanı ağac avtomobilin üzərinə aşıb.

***

Bundan başqa, külək Sumqayıt şəhərində də fəsadlara səbəb olub. Şəhərin Cəlil Məmmədquluzadə küçəsində ağac küləyin təsirindən avtomobil yolunun hərəkət hissəsinə aşıb.

Sumqayıtda şəhərində güclü külək daha bir fəsad törədib. Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, anası ilə gedən, 2009-cu il təvəllüdlü Qədəlili Aylin Sadiq qızının başına ağacdan qırılan budaq düşüb. Ağır xəsarət alan A. Qədəlili baş-beyin travması diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 10 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir.

***

Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.

Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

***

Qubanın Püstəqasım kəndində yol qəzası baş verib.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, minik avtomobili qaz xəttinə çırpılıb.

Nəticədə kəndin 40 abonenti qazsız qalıb.

www.yenicag.az

2291