!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənə Ankara və Vaşinqtondan eyni anda zərbə – “Məktəb və şirkətlərində çirkli pul yuyulur”

!Reklam – Yazi

vdk-ve-masak-kozanin-pesine-dusmelidir Paralel Dövlət Terror Örgütü lideri Fətullah Gülən haqqında ikiqat ağırlaşdırılmış ömürlük həbs cəzası istənilir. Yenicag.az xəbər verir ki, Gülən haqqındakı məhkəmə davalarından olan “Salam Tövhid təxribatı” ilə bağlı iddianamə hazırdır.

Aralarında Gülən ilə yanaşı mediadakı tətikçisi Əmrə Uslu, keçmiş polis müdiri Yurt Atayün və 120 nəfərində olduğu cinayətkar qrup haqqında 10529 səhifəlik İddianamə hazırlanıb.  Baş Prokurorluqda təsdiqlənən İddianamə İstanbul 14-cü Ağır Cəza Məhkəməsinə göndərilib.

Fərari şübhəlilər Gülən və Uslu haqqında qiyabi həbs qərarı da tələb edilib.

İddianamədə, fərari şübhəlilər Fəthullah Gülən və Emre Uslu ilə digərlərinin “Silahlı terror təşkilatı qurma və ya idarə etmə, dövlətin gizli qalması lazım olan məlumatlarını siyasi və ya hərbi casusluq məqsədiylə təmin etmə, Türkiyə Respublikasının hökumətini ortadan qaldırmağa və ya vəzifəsini icra etməsinə maneə törətməyə təşəbbüs etmə, şəxsi həyatın gizliliyini pozmaq, hüquqa zidd şəxsi məlumatları ələ keçirmək, rəsmi sənəddə saxtakarlıq, dövlətin təhlükəsizliyi ilə bağlı gizli qalması lazım olan məlumatları casusluq məqsədilə ələ keçirib, başqa ölkəyə satma, cinayət dəlillərini yox etmə, gizlətmə və ya dəyişdirmə” ittihamları ilə 2 qat ağırlaşdırılmış ömürlük olmaqla, 67,5 ilə qədər həbs cəzası almaları istənilir.

Qeyd edək ki, ən böyük dəstəkçisi olan İpək Holdinqə dövlətin qəyyum təyin etməsi ilə şok üstünə şok yaşayan Gülənə bir zərbə də Vaşinqtondan gəlib. Beynəlxalq Hüquq Firması olan “Amsterdam&LLP Partners”in sahibi Robert Amsterdam, Gülən örgütü ilə bağlı sensasiyalı açıqlamalar verib.

248378Türkiyənin Gülənə qarşı apardığı hüquqi mübarizəyə dəstək olacağını ifadə edən Amsterdam “Gülən məktəblərində çirkli pullar yuyulur. Sizə bunu açıq şəkildə söyləyə bilərəm ki, zənn etdiyinizdən daha böyük bir şəbəkə ilə üz-üzəyik. Bu şəbəkə yalnız xeyr işlərinə yönəlmiş bir quruluş deyil. Afrika ölkələrindəki məktəblər də ticari məqsədli deyil, siyasi məqsədlidir. Məktəblər də yalnız bir quruluşa aid deyil. Çox açıq bir şəkildə görülür ki, hər bir bölgə və ölkədə siyasi hakimiyyətə can atırlar” deyib.

Gülən Şəbəkəsini “dövlət kimi bir quruluş” olaraq, qiymətləndirən Amsterdam “Gülən siyasətə girmək istəyirsə, bunu açıq etməlidir. “Zaman” qəzeti bu gün jurnalistika ilə məşğul deyil. Yaxşı olardı ki, onlar bəşəriyyəti xilas edənə qədər öz qaranlıqlarını aydınlatsınlar” söyləyib.

Qeyd edək ki, terror təşkilatı liderliyində suçlanan Gülənin Azərbaycanda da böyük şəbəkəsi var. Dövlət qurumları içərisinə sızan fətullahçılarla yanaşı onların Azərbaycanda Qafqaz Universiteti kimi beyin mərkəzləri, TUSİAB, İpək Yolu kimi böyük şirkətlər qrupları var. Eləcə də, dünən türk dövləti tərəfindən əl qoyulan Koza Holdinq Azərbaycanda da geniş fəaliyyət göstərməkdədir.

Yenicag.az

www.yenicag.az

726
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv