Qaliblər müzakirə olunmur deyirlər….
Ancaq mən bu gün “Baku.tv”ni müzakirə edəcəm. Bütün sahələrdə daim liderlər olub, olacaq da. Ancaq rəqabət qıtlığı, yeniliklərə, akademik yanaşmaya, bütün cəmiyyətin beyninin, zehninin, gözünün açıq zamanında sözlə, imza ilə, hətta sima ilə etibar qazanmaq həm asan olub, həm də uzunmüddətli. Lakin müasir lüzumsuz və etibarsız, xüsusən qeyri-peşəkar çoxluğun içində varlığını və birinciliyini mübarizəsiz, mübaliğəsiz sübut etmək inanın ki, lap çox çətindir. Hətta “Baku TV” bir nümunə ortaya qoymasaydı, mən 25 ildir peşəkar jurnalistika ilə məşğul olan biri kimi mümkünsüzdür deyərdim.
Onlar bunu bacardı…
Bütün yaradıcı insanlara, zəhmətlə imzasını möhür edənlərə qapı açmaqla, işçisizənə nəzakətdən, ona dəyər verməkdən çəkinməməklə qalib oldu həm də “Baku TV”.
“Uğurlarımızda sizin rolunuz əvəzolunmazdır. Bizim üçün dəyərlisiniz”-dedi hər bir əməkdaşına və böyüdü! Sayı da, ürəyi də, sevənləri də!!!
Milyonları qazandı, bəs necə?
Qalibdirlər, 10 milyonun 1 milyondan çoxu onlarındır, onlarladır. Tamaşaçı onları seçir, seçəcək, çünki “Baku TV” artıq bir mayakdır. Milyonları öz işığnın sehrinə salan “sehrli güzgü” olmaqla yanaşı müasir medianın ən müasir rəqəmsal mediasıdır!
Silahı imzası, sözü olan əsgərlər, Baku TV ailəsi günün, günümüz mübarək! Səni, sizi sevirəm, Sizin də mənə olan sevginizdən əminəm!
www.yenicag.az