14 fevral tarixində Günəşdə M sinfinə aid iki güclü alovlanma qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutundan (İPG) bildirilib.
Səhər sübh saatların baş verən alovlanma 30 dəqiqə davam edib. Daha sonra saat 13:06-da Günəş ləkələri 3990 (S13E21) qrupunda M1.2 sinfinə aid ikinci alovlanma baş verib və 31 dəqiqə davam edib.
Günəş alovlanmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif sinif olan A0.0, Yerin orbitində 1 kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğundur.
Güc sinfi hər növbəti hərfə keçdikdə 10 dəfə artır. Adətən bu tip alovlanmalar Günəş plazmasının atmosferə atılması ilə müşayiət olunur. Plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
www.yenicag.az