Güneyli qadın İsveçin Avropa Şurasındakı nümayəndəsi seçildi – FOTO

Əslən Güney Azərbaycandan olan xanım Aida Kərimli İsveçin Avropa Şurasındakı nümayəndəsi seçilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Aida Kərimli Avropa Şurasının əslən Güney Azərbaycandan olan ilk nümayəndəsidir.

Qeyd edək ki, o, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilginin qızıdır.