“Sabah” “Araz-Naxçıvan”ı darmadağın etdi
Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, lider “Sabah” evdə “Araz-Naxçıvan”ı qəbul edib.
Masazır təmsilçisi bu qarşılaşmada 4:1 hesabı ilə qələbə qazanıb.
“Sabah” – “Araz-Naxçıvan” – 4:1
Qol: Umarali Raxmonaliyev, 9-pen. (1:0), Aron Maluda, 11 (2:0), Xəyal Əliyev, 16 (3:0), Xəyal Əliyev, 68 (4:0), Felipe Santos, 86 (4:1)












