Stolüstü tennisçimiz beynəlxalq turnirin qalibi oldu

media-hightechnic-468x90

Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Yenicag.az-a verilən məlumata görə, idmançı “WTT Youth Star Contender Tunis 2026” turnirində U-15 kateqoriyasında əsas mükafata layiq görülüb.

Milli komandanın üzvü Tunisin eyniadlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütün oyunları qələbə ilə başa vuraraq, 1-ci yeri tutub.

Şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05