Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstan höküməti Azərbaycan prezidentinə təşəkkür etdi

Gürcüstan hökuməti Azərbaycan tərəfinə və şəxsən ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Yenicag.az xəbər verir ki, minnətdarlığa səbəb qonşu ölkə ərazisində yanğının söndürülməsinə Azərbaycan tərəfinin göstərdiyi köməkdir.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir:
“Azərbaycan helikopteri tezliklə Gürcüstan sərhədini keçəcək və Sərhəd Polisinin helikopteri ilə yanğının söndürülməsi prosesinə qoşulacaq”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.

Yenicag.az

www.yenicag.az

442