Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gürcüstanda donuz qripindən ölənlərin sayı 15-ə çatdı

Gürcüstanda qripin ağır formasından ölənlərin sayı 15-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O bildirib ki, mövsümi qripdən ölənlərin 5-i Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin payına düşüb.

Mərkəz direktoru qeyd edib ki, qriplə bağlı xəstəxanalara yerləşdirmə halları 616-dan 845-ə qədər, reanimasiya şöbələrində olanların sayı isə 39-dan 44-ə qədər artıb.

Hazırda qonşu ölkədə 100 min sakinə 256 qripə yoluxan şəxs düşür./Report/

www.yenicag.az

1130
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS