Gürcüstanda kafe-retoranların fəaliyyəti ilə bağlı QƏRAR

Bu həftədən etibarən Gürcüstanda restoran və kafelər həftəsonları da fəaliyyət göstərəcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə qərar ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında qəbul olunub.

Qərara əsasən, ictimai iaşə obyektləri şənbə-bazar günləri müvafiq qaydalara uyğun olaraq müştəriləri yalnız açıq havada qəbul edə biləcəklər.

Qeyd edək ki, bu günədək qonşu ölkədə kafe və restoranların həftəsonları işləməsi qadağan idi, onlar yalnız çatdırılma xidməti göstərirdilər./Report/