Gürcüstanda parlament seçkilərində “Gürcü arzusu” qalib gəldi - YENİLƏNDİ

media-hightechnic-468x90

Seçki məntəqələrinin 97 faizində səslərin hesablanmasının nəticələrinə əsasən, hakim “Gürcü arzusu” partiyası 52,99 faiz səslə parlament seçkilərində qalib gəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili məlumat yayıb.

“Dəyişiklik Naminə Koalisiya” (11,2%), “Birlik – Milli Hərəkat” (9,83%), “Güclü Gürcüstan” (9,02%) və “Gürcüstan Naminə Qaxariya” (8,22%) partiyaları yaxından arxadadır. Beləliklə, müxalifət ümumilikdə 38,27% səs toplayır. Qalan partiyalar beş faizlik baryeri keçmir və parlamentə düşmür.

***
Gürcüstanda parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 56,1% səslə qalib gəlib.

Yenicag.az xəbər verir ki, bunu hökumətyönlü “İmedi” telekanalının keçirdiyi “exit-poll”un nəticələri sübut edir.

“Exit-poll” nəticələrinə görə, Dəyişikliklər Koalisiyası ikinci yerdədir (12,6%). Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası 11,6% səs toplayıb. “Güclü Gürcüstan” koalisiyası 7% səs toplayıb. Qalan partiyalar 5 faizlik seçki baryerini keçmir.

***
Gürcüstan parlamentinə seçkilərin ilk nəticələri məlum olub. 

Yenicag.az “Formula” telekanalına istinadən xəbər verir ki, Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət tam səs çoxluğu qazanıb.

“Exit-poll”un nəticələrinə görə, “Gürcü arzusu” 40,9%, “Birlik – Milli Hərəkat” və “Dəyişiklik Naminə Koalisiya” partiyalarının hər biri 16,7%, “Güclü Gürcüstan” partiyası 10,3%, “Gürcüstan üçün” Qaxariya partiyası 8,2% səs toplayıb.

Bununla belə, “İmedi” televiziya şirkətinin məlumatına görə, parlament seçkilərində hakim  “Gürcü arzusu” partiyası təxminən 56,1 faiz səs toplayıb.

Oktyabrın 26-da Gürcüstanda respublika parlamentinə seçkilər çərçivəsində seçki məntəqələri açılıb. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 19 partiya mübarizə aparır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05