Hakan Fidan almaniyalı həmkarı ilə İranda müharibəni dayandırmağı müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün almaniyalı həmkarı Yohann David Vadefuldur (Johann David Wadephul) ilə telefon danışığı aparıb.
Yenicag.az bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, söhbət zamanı Türkiyə ilə Almaniya arasında ikitərəfli münasibətlər, regiondakı son vəziyyət və müharibənin dayandırılması (ABŞ-İsrailin İranla müharibəsi – red) barədə müzakirələr aparılıb./Report













