Hakan Fidanın İlham Əliyevlə bu VİDEOsu Türkiyədə trend oldu

Türkiyənin sabiq Milli Kəşfiyyat İdarəsinin sədri və yeni xarici işlər naziri Hakan Fidan 2015-ci ildə Azərbaycana səfər etmişdi.

Yenicag.az xəbər verir ki, Fidan o zaman prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi.

Bugünlərdə xarici işlər naziri təyin edilərək yenə diqqət mərkəzində olan Hakan Fidanın 2015-ci ildə İlham Əliyev tərəfindən qəbul edildiyi görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində yayılmaqdadır.

Həmin videonu təqdim edirik: