Həkimlərlə bağlı monitorinq komissiyası yaradılacaq

media-hightechnic-468x90

Həkim və mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin əmri ilə monitorinq komissiyası yaradılması nəzərdə tutulub.

Yenicag.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.

O bildirib ki, komissiya tərəfindən bir həkim mütəxəssis 6 aylıq əsaslarla monitorinqdən keçiriləcək:

“Monitorinqdən müvəffəqiyyətlə keçən həkim mütəxəssislərə həvəsləndirici və əlavələrin ödənilməsi daha bir il uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərin həvəsləndirici və əlavələri kəsiləcək”.

Vüqar Qurbanov qeyd edib ki, qiymətləndirmə zamanı həkim peşəkarlığı və şəxsi keyfiyyyətləri nəzərə alınacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa