Özbək jurnalist və yazıçı Həmid İsmayılov ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.
Yenicag.az bu barədə rg.ru-ya istinadən xəbər verir.
Məlumata görə, ədəbiyyat üzrə Nobel mükafatına namizəd olan yazıçılar arasında ən populyarı Haruki Murakamidir. Belə ki, onun 2023-cü ildə mükafatı qazanma şansı 1/9-dir.
Bununla belə, namizədlərdən qalib ola biləcəklər sırasında özbəkistanlı jurnalist və yazıçı Həmid İsmayılov da var.
Qeyd edək ki, ötən il sözügedən mükafatın qalibi fransalı yazıçı Anni Erno olub.