“Həmin yanğını bir evin yox, bir binanın yandırılması kimi görmək lazımdır” - ŞİKAYƏT
“Baş verənlər uşaqlar, qocalar, ümumilikdə hər kəs üçün faciədir”.
Bunu Yenicag.az-a şikayətində Comərdov Seyfəddin deyib.
O, bildirib ki, kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşad suleymanov küçəsi, 137a, K bloku, 15-ci mərtəbə, 672-ci mənzildə mart ayının 20-dən 21-nə keçən gecə yanğın hadisəsi baş verib.
“Həmin an Şirvan şəhərində idim. Gecə 00:37 radələrində mənə zəng edildi və yanğınla bağlı məlumat verildi. Halbuki evdən çox məsuliyyətli şəkildə hər bir şeyə nəzarət edərək çıxmışdım. Yanğına səbəb ola biləcək hansısa detalı gözdən qaçırmamışdım.”
Şikayətçi evdən 35 min manat pul və 30 min dəyərində qızıl-zinət əşyalarının oğurlandığını və bunun üstünü örtmək üçün yanğının qəsdən törədildiyi qənaətində olduğunu vurğulayıb.
“Hadisənin üzərindən üç ay keçməsinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyindən rəsmi məlumat verilmir. Biz hələ də bu yanğının necə baş verdiyini bilmirik, Bu günə qədər ailəm qorxu içindədir. Baş verənlər uşaqlar, qocalar, ümumilikdə hər kəs üçün faciədir. Həmin yanğını bir evin yox, bir binanın yandırılması kimi görmək lazımdır”, – o qeyd edib.”
O, məsələnin araşdırılması və cinayətkarların tapılması üçün Prezident İlham Əliyevə, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət etdiyini söyləyib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov