Həmsədrlər prezidentlərin Soçi görüşündə iştirak etməyəcəklər

media-hightechnic-468x90

kkATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andriye (Fransa) Azərbaycan və Ermənistan prezidentlərinin bu həftə Soçidə keçirilməsi planlaşdırılan görüşündə iştirak etməyəcəklər.

Bu barədə “Armenpress” ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən xəbər yayıb.Səfirlikdən bildiriblər ki, həmsədrlərin Soçiyə səfəri gündəmdə deyil.
Xatırladaq ki, 8-9 avqust tarixlərində Soçidə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü nəzərdə tutulub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hər iki prezident Soçidə Vladimir Putunlə ayrı-ayrılıqda görüşəcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən il noyabrın 19-da Vyanada keçirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05