Bütün qəhrəmanların xüsusi geyimi olmur demək… Onlar bir müddət aramızda adi insan kimi dolaşırlar, bizimlə eyni havanı udur, eyni sudan içir, eyni gözəlliyi seyr edirlər.
Biz onlarla eyni şəhərlərdə yaşayırıq, eyni xəbərlərə sevinirik, eyni xəbərlərə kədərlərnirik. Və günümüzün birində o seçilmiş insanların qəhrəman olacaqlarından xəbərsiz yaşayırıq. Görəsən bu xüsusi insanlar yaşayarkən özəl olduqlarından xəbərdar idilərmi? Dünyaya qəhrəman olmaq üçün gəldiklərini bilirdilərmi? Demək, qəhrəmanlar təkcə döyüşlərdə, səngərlərdə olmurmuş. Vətən, nə möhtəşəm torpağın varmış sənin… Nə müqəddəs ana imişsən sən. Qəhrəmanlar yetişdirdin, yetişdirdin doymadın. Allahverdilər, Mübarizlər, Poladlar, Cəbrayıllar, Mehrablar və adını çəkməklə bitirə bilmədiyimiz yüzlərlə qəhrəmanın elə bügünkü tarixin nişanələridir.
Səngərdə yetişən igidlərlə öyünməyimiz sona çatmamış daha başqa qəhrəmanların sorağı səmalardan gəldi. Ölümə gedərkən özünü deyil təyyarədəki sərnişinlərin həyatını düşünən pilotların-İqor Kşnyakinin, Aleksanr Kalyaninovun və titrək səslə hamıya “Hər şey yaxşı olacaq!” deyə hamıya ümid verən stüardessa Hökümə Əliyevanın da adını qəhrəmanlarımızın siyahısında gördük. Bir zaman onlarla eyni havanı udduğumuza sevindik, eyni pınarın gözündən üzümüzə su çırpdığımızla fəxr etdik, həm də niyə onları gec tanıdıq deyə üzüldük…
44 günlük Vətən müharibəsində olduğu kimi bu gün xalqımla bir daha fəxr etdim. Necə müqəddəs xalqın nümayəndəsi olduğumun bir daha şahidi oldum. Bir daha milliyyət məsələlərini qarışdırmadan bu xalq üçün əziyyət çəkən hər kəsə layiq olduğu dəyəri verdi mənim xalqım. Bu gün bir daha dövlət və milliyyət məsələsinin incə cizgisini bir-birindən ustalıqla ayırdı bu xalq. Sıravi vətəndaşları qəhrəmanların dəfninə qədər yaşadıqları küçəni, mənzillərinin önünü qərənfil yağışına tutdular, doğma balalarını vətən şəhidləri kimi Fəxri Xiyabanda torpağa tapşırdılar… Prezident İlham Əliyev isə onları Milli Qəhrəman adı ilə təltif etdi. Bəs, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən məhz 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilən Zülfiqar Əsədov ilə Rəhimli Aydanı xatırlamamaq olarmı? Əsla! Onlar dəmir səma sultanının göyərtisində Rəşadət qazanaraq bütöv bir xalqın qəhrəmanlıq salnaməsinə yeni bir dastan qazandıran səhifələr yaratdılar. Bəli,səhifə deyil, məhz səhifələr. Tarixlərə işıq saçan bu səhifələr əbədiyyətə qədər oxşana-oxşana vərəqlənəcək! İrəli, ya geri, daha fərq etməz.Canlı qəhrəmanların dodaqlarından ayrılacaq hər bir söz eşidildikcə mübarək adlarını mavi səmada Milli Qəhrəmanlar sırasına yazan İqor Kşnyakinin, Aleksanr Kalyaninovun və Hökümə Əliyeva xatırlanacaq. Və hər dəfə də dillər əzbəri olan “Hər şey yaxşı olacaq!” ifadəsi qəhrəmanlıqşüarı kimi alqışlarla qarşılanacaq.
Qəhrəmanlarımız hər birimizin qəlbində silinməyən xatirə, ağlında isə “Doğrudanmı, hər şey yaxşı olacaq”, – sualını qoyub getdilər. Allah sizə rəhmət eləsin, vətənimin fədakar qəhrəmanları. Bu vətən, bu xalq sizi unutmayacaq. Böyük tanrı sağ qalan Rəşadətli qəhrəmanlarımıza möhkəm sağlıq nəsib etsin. Bu xalqın sizə, hər bir sözünüzə hər zaman ehtiyacı olacaq…
Həyatda heç nə təsadüf deyil deyirlər. Bəlkə mələk olan Hökümə xanımın da son sözü- “Hər şey yaxşı olacaq” cümləsi bizə qəhrəman olmaq fəlsəfəsinin mesajıdır… Hər şey yaxşı olmalıdı. Hər tərəfi qan gölünə çevrilmiş, körpələrin fəryadının qulaq batırdığı bu dünyada mənim xalqım ölüm təhlükəsi ilə üz-üzə durmayıbsa, demək burda kiminsə əməyi var. Və o insan da bu xalqın qəhrəmanıdır. Bu qədər məkrli qonşuların əhatəsində 44 günlük Vətənmüharibəsindən qalib çıxa bilmək, hətta bəzi rayonları bircə şəhid vermədən, sırf siyasət gücünə geri qaytarmaqda qəhrəmanlıqdı. Vətən adı üçün Macarıstanda ömürlük həbsə məhkum vətəndaşını ermənilərin gözü qarşısında Azərbaycana gətirib azad etmək də qəhrəmanlıqdı, təyyarə qəzasınında həlak olan vətəndaşların ailə üzvlərinin acısını duyaraq böyük liderləri üzr istəməyə vadar etmək də qəhrəmanlıqdı. Həm də daha çətin qəhrəmanlıq.
Əgər bu gün evimizdə dinc yaşaya biliriksə, sərhədlərimiz yaxınlığında potensial təhlükə bir-birinə sarıldığı zaman bombaların qorxusunu hiss etmədən dolaşırıqsa, bunun səbəbkarı Sizsiniz, Cənab Prezident İlham Əliyev! Nəyin nə vaxt edilməsini mükəmməl bilən müdrik rəhbər! Mənim Müzəffər Ali Baş Komandanım!Məhz belə liderimiz olduğuna görə ümidliyik. İnşallah ki, Hər Şey Yaxşı Olacaq..!
Kəmalə Bayramova
Hər şey yaxşı olacaq
Bütün qəhrəmanların xüsusi geyimi olmur demək… Onlar bir müddət aramızda adi insan kimi dolaşırlar, bizimlə eyni havanı udur, eyni sudan içir, eyni gözəlliyi seyr edirlər. Biz onlarla eyni şəhərlərdə yaşayırıq, eyni xəbərlərə sevinirik, eyni xəbərlərə kədərlərnirik. Və günümüzün birində o seçilmiş insanların qəhrəman olacaqlarından xəbərsiz yaşayırıq. Görəsən bu xüsusi insanlar yaşayarkən özəl olduqlarından xəbərdar idilərmi? Dünyaya qəhrəman olmaq üçün gəldiklərini bilirdilərmi? Demək, qəhrəmanlar təkcə döyüşlərdə, səngərlərdə olmurmuş. Vətən, nə möhtəşəm torpağın varmış sənin… Nə müqəddəs ana imişsən sən. Qəhrəmanlar yetişdirdin, yetişdirdin doymadın. Allahverdilər, Mübarizlər, Poladlar, Cəbrayıllar, Mehrablar və adını çəkməklə bitirə bilmədiyimiz yüzlərlə qəhrəmanın elə bügünkü tarixin nişanələridir.
Səngərdə yetişən igidlərlə öyünməyimiz sona çatmamış daha başqa qəhrəmanların sorağı səmalardan gəldi. Ölümə gedərkən özünü deyil təyyarədəki sərnişinlərin həyatını düşünən pilotların-İqor Kşnyakinin, Aleksanr Kalyaninovun və titrək səslə hamıya “Hər şey yaxşı olacaq!” deyə hamıya ümid verən stüardessa Hökümə Əliyevanın da adını qəhrəmanlarımızın siyahısında gördük. Bir zaman onlarla eyni havanı udduğumuza sevindik, eyni pınarın gözündən üzümüzə su çırpdığımızla fəxr etdik, həm də niyə onları gec tanıdıq deyə üzüldük…
44 günlük Vətən müharibəsində olduğu kimi bu gün xalqımla bir daha fəxr etdim. Necə müqəddəs xalqın nümayəndəsi olduğumun bir daha şahidi oldum. Bir daha milliyyət məsələlərini qarışdırmadan bu xalq üçün əziyyət çəkən hər kəsə layiq olduğu dəyəri verdi mənim xalqım. Bu gün bir daha dövlət və milliyyət məsələsinin incə cizgisini bir-birindən ustalıqla ayırdı bu xalq. Sıravi vətəndaşları qəhrəmanların dəfninə qədər yaşadıqları küçəni, mənzillərinin önünü qərənfil yağışına tutdular, doğma balalarını vətən şəhidləri kimi Fəxri Xiyabanda torpağa tapşırdılar… Prezident İlham Əliyev isə onları Milli Qəhrəman adı ilə təltif etdi. Bəs, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən məhz 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilən Zülfiqar Əsədov ilə Rəhimli Aydanı xatırlamamaq olarmı? Əsla! Onlar dəmir səma sultanının göyərtisində Rəşadət qazanaraq bütöv bir xalqın qəhrəmanlıq salnaməsinə yeni bir dastan qazandıran səhifələr yaratdılar. Bəli,səhifə deyil, məhz səhifələr. Tarixlərə işıq saçan bu səhifələr əbədiyyətə qədər oxşana-oxşana vərəqlənəcək! İrəli, ya geri, daha fərq etməz.Canlı qəhrəmanların dodaqlarından ayrılacaq hər bir söz eşidildikcə mübarək adlarını mavi səmada Milli Qəhrəmanlar sırasına yazan İqor Kşnyakinin, Aleksanr Kalyaninovun və Hökümə Əliyeva xatırlanacaq. Və hər dəfə də dillər əzbəri olan “Hər şey yaxşı olacaq!” ifadəsi qəhrəmanlıqşüarı kimi alqışlarla qarşılanacaq.
Qəhrəmanlarımız hər birimizin qəlbində silinməyən xatirə, ağlında isə “Doğrudanmı, hər şey yaxşı olacaq”, – sualını qoyub getdilər. Allah sizə rəhmət eləsin, vətənimin fədakar qəhrəmanları. Bu vətən, bu xalq sizi unutmayacaq. Böyük tanrı sağ qalan Rəşadətli qəhrəmanlarımıza möhkəm sağlıq nəsib etsin. Bu xalqın sizə, hər bir sözünüzə hər zaman ehtiyacı olacaq…
Həyatda heç nə təsadüf deyil deyirlər. Bəlkə mələk olan Hökümə xanımın da son sözü- “Hər şey yaxşı olacaq” cümləsi bizə qəhrəman olmaq fəlsəfəsinin mesajıdır… Hər şey yaxşı olmalıdı. Hər tərəfi qan gölünə çevrilmiş, körpələrin fəryadının qulaq batırdığı bu dünyada mənim xalqım ölüm təhlükəsi ilə üz-üzə durmayıbsa, demək burda kiminsə əməyi var. Və o insan da bu xalqın qəhrəmanıdır. Bu qədər məkrli qonşuların əhatəsində 44 günlük Vətənmüharibəsindən qalib çıxa bilmək, hətta bəzi rayonları bircə şəhid vermədən, sırf siyasət gücünə geri qaytarmaqda qəhrəmanlıqdı. Vətən adı üçün Macarıstanda ömürlük həbsə məhkum vətəndaşını ermənilərin gözü qarşısında Azərbaycana gətirib azad etmək də qəhrəmanlıqdı, təyyarə qəzasınında həlak olan vətəndaşların ailə üzvlərinin acısını duyaraq böyük liderləri üzr istəməyə vadar etmək də qəhrəmanlıqdı. Həm də daha çətin qəhrəmanlıq.
Əgər bu gün evimizdə dinc yaşaya biliriksə, sərhədlərimiz yaxınlığında potensial təhlükə bir-birinə sarıldığı zaman bombaların qorxusunu hiss etmədən dolaşırıqsa, bunun səbəbkarı Sizsiniz, Cənab Prezident İlham Əliyev! Nəyin nə vaxt edilməsini mükəmməl bilən müdrik rəhbər! Mənim Müzəffər Ali Baş Komandanım!Məhz belə liderimiz olduğuna görə ümidliyik. İnşallah ki, Hər Şey Yaxşı Olacaq..!
Kəmalə Bayramova
ADPU-nun Quba filialının müəllimi
ADPU-nun Quba filialının müəllimi
www.yenicag.az