Həyat yoldaşını atası evində bıçaqlayıb

media-hightechnic-468x90

downloadUcarda bıçaqlanma hadisəsi baş verib.

Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Qaradağlı kəndində qeydə alınıb.

Hacıqabul rayon sakini, Qalib Abdin oğlu Heydərov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Rafiq qızı Heydərovanı bıçaqlayıb.

E. Heydərova ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Polisdən Q. Heydərovun E. Heydərovanı qayınatasının evində bıçaqladığı bildirilib.

Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600