Heydər Əliyev prospektində qəza – Fotolar

“Hazırda Heydər Əliyev prospektində – metronun “Koroğlu” stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir”.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

“Buna səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir”, – deyə M.Ağayev vurğulayıb.