“Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi çox vaxt tələb edəcək”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda ərazilərin minalardan təmizlənməsi işləri davam edir.
PA rəsmisi bildirib ki, ermənilər 30 ilə yaxın müddət ərzində Ağdamı addım-addım, kəndəbəkənd məhv ediblər.
www.yenicag.az