Hindistanda hava limanının damı çökdü

media-hightechnic-468x90

 

media-banner_tuq

Hindistanın Dehli hava limanının damının çökməsi nəticəsində bir nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə güclü yağışlar səbəbindən baş verib. Yağışlar zamanı Delhi hava limanında Terminal-1 (T1) hissəsinin damının çöküb.

Ölkənin Mülki Aviasiya Nazirliyi yalnız daxili uçuşların həyata keçirildiyi Terminal 1-dən bütün uçuşların müvəqqəti dayandırıldığını elan edib.

Dehli hava limanından yayılan açıqlamada qeyd edilib ki, 3-cü və 2-ci terminala gələn və gedən bütün uçuşlar tam olaraq həyata keçirilir. Bildirilir ki, Terminal-1 gəliş məntəqəsində də uçuşlar həyata keçirilir. Terminal 1-dən gedən uçuşlar bu gün yerli vaxtla saat 14:00-a qədər ləğv edilib.

İsmayıl Bakuvi

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05