Hindistanda “Şərəf ölümü”

media-hightechnic-468x90

imagesHindistan cəmiyyətinin “şərəf ölümü” adlandırılan cinayət ayağa qaldırıb. Ərlə arvad digər sosial qrupdan olan oğlanla nikaha girən 21 yaşlı qızlarından intiqam aldıqlarını etiraf edib. Dehli universitetinin tələbəsi Bxavna Yadavı valideynləri nikah bağlanandan üç gün sonra boğublar.

Polisdən verilən məlumata görə, qıza divan tutulmasında dayısı da iştirak edib. Bxavnanın qohumları onun digər sosial təbəqəni təmsil edən 24 yaşlı proqramçı sevgilisi Abxişeka Setaya ərə getməsindən məmnun qalmayıblar. Set Pəncab ştatından olub, Yadav isə Radjastxanada böyüyüb.

Qızın valideynləri oğlanın başqa təbəqəyə mənsub olduğunu bildiklərindən evliliyə razılıq verməyiblər, sevgililər isə gizli nigaha giriblər. Bunun səhəri günü, noyabrın 13-də Bxavna valideynlərinə atdığı addım haqda məlumat verib. Djaqmohan və Savitri Yadav cütlüyü bundan sonra qızla söhbət etmək üçün görüş təyin ediblər. Noyabrın 16-da gecə onlar qızı döydükdən sonra boğublar.

Bununla kifayətlənməyən valideynlər onun meyitini Dehlidən Alvar kəndinə gətirərək yandırıblar. Abxişekanın sözlərinə görə, yarım il əvvəl Bxavnanın valideynlərinə gələcək ərini göstərərək söhbət edib. Ancaq onlar dərhal qızın seçiminə düşməncəsinə yanaşıblar. “Sən – pəncəblisən və bizdən uzaq durmalısan. Sizin əlaqənizdən heç nə alınmayacaq”, – qızın valideynləri deyiblər.

Valideynlərinin öldürdüyü qız paytaxt universiteti nəzdindəki Venkateswara kollecində sanskrit ədəbiyyatını öyrənirdi.

(modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600