!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hökumət əhalinin sosial müdafiəsinin təşkili üçün təsirli mexanizm hazırlayıb” – Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Əhalinin məşğulluq səviyyəsinin artırılması üçün yeni iş yerlərinin açılması ilə bağlı da layihələr hazırlanır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan hakimiyyətinin koronavirus infeksiyasının neqativ təsirlərini aradan qaldırmaq üçün əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətində atdığı addımları şərh edən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, ölkə hakimiyyəti koronavirus əleyhinə kifayət qədər savadlı və səmərəli mübarizə xətti seçib:

“Hakimiyyət atdığı addımlarla koronavirusun vuracağı ziyanı xeyli azalda bildi və yaranacaq problemlərin üzərində nəzarəti qısa müddət ərzində təmin etdi. Ölkə sərhədləri bağlandı, sərnişindaşımada avtobusdan başqa digər nəqliyyat vasitələrinin fəaliyyəti dayandırıldı, paytaxt Bakı qapalı şəhər elan olundu. Aprelin 6-dan etibarən, bu istiqamətdə daha ciddi addımlar atıldı.

Məlumdur ki, belə bir şəraitdə ölkənin iqtisadi vəziyyətinə sadəcə, koronavirus deyil, həm də bizim üçün əhəmiyyətli olan neftin qiymətinin aşağı düşməsi də təsir göstərir. OPEC-in gördüyü tədbirlərə baxmayaraq, neftin qiyməti hələ də sabitləşməyib.

Lakin buna baxmayaraq, Azərbaycanın ehtiyat fondunda təqribən 40-50 milyard dollar, Mərkəzi Bankın rezervlərində isə 6 milyard dollardan çox vəsaitin olması manatın sabitliyini təmin etməyə imkan verir.

Karantin rejiminin yaratdığı vəziyyətdə dəstəyə ehtiyacı olan vətəndaşların və ailələrin, o cümlədən, əhalinin rəsmən işsiz kəsiminin sosial müdafiəsinin təşkili məqsədilə dövlət xüsusi tədbirlər planı hazırlayıb. Bu plan əsasında işsizlərə sistemli şəkildə 190 manat vəsait ödənilir və əgər karantin müddəti uzadılarsa, bu ödənişin davam etdirilməsi qərara alınıb.

Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin artırılması üçün yeni iş yerlərinin yaradılması ilə bağlı da layihələr üzərində iş gedir. Bir sözlə, hökumət əhalinin sosial müdafiəsinin təşkili üçün təsirli mexanizm hazırlayıb. Bununla yanaşı, insanlar da indiki vəziyyətin keçici olduğunu unutmamalı, əllərini işdən soyutmamalıdırlar. Fikrimcə, bu proseslərə ciddi nəzarət həyata keçirilməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv