Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Hollandiyanın baş naziri Türkiyədən üzr istədi - VİDEO

Türkiyənin baş naziri Binəli Yıldırım Hollandiya ilə yaşanan diplomatik qalmaqalla bağlı önəmli açıqlama verib.

Yeniçağ.Az xəbər verir ki, B.Yıldırım açıqlamasında Hollandiyanın baş naziri Mark Ryutte ilə əlaqə saxladığını, xoşagəlməz olaylara görə həmkarının ondan üzr istədiyini deyib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar iki ölkə arasında siyasi qalmaqal yaşanır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın üzr istəməsini tələb etsə də, qarşı tərəf bundan imtina etmişdi.

 

Yeniçağ.Az

www.yenicag.az

147