Hörmüz boğazında əməliyyat keçirilməsi İranla atəşkəsə son qoyulması demək deyil – Heqset

media-hightechnic-468x90

Hörmüz boğazında “Azadlıq” əməliyyatının keçirilməsi İranla atəşkəsə son qoyulması demək deyil.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib.

“Xeyr, atəşkəs dayandırılmayıb. Nəticə etibarilə, bu (“Azadlıq” əməliyyatı – red.) ayrı və müstəqil bir əməliyyatdır. Başlanğıcda müəyyən mürəkkəbliklərin yarana biləcəyini gözləyirdik – belə də oldu. Biz müdafiə olunacağımızı və bunu qətiyyətlə edəcəyimizi bəyan etmişdik, məhz belə də etdik. İran bunu bilir”, – o deyib.

Heqsetin sözlərinə görə, bu və ya digər hərəkətlərin atəşkəsin pozulmasına gətirib çıxarıb-çıxarmayacağına dair qərarı ABŞ Prezidenti verəcək.

O həmçinin vurğulayıb ki, Vaşinqton eskalasiyaya yol verməmək üçün İranı təmkinli olmağa çağırır.

“Söhbət boğazlardan, gəmiçilik azadlığından, beynəlxalq sulardan, ticarətin sərbəst hərəkətindən – əvvəllər mövcud olan və yalnız İranın mübahisə etdiyi hər şeydən gedir”, – Pentaqon rəhbəri qeyd edib.

O əlavə edib ki, hazırda atəşkəs qüvvədə qalır, lakin ABŞ vəziyyətin inkişafını diqqətlə izləyəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05