Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hüquqşünas Tahir Kərimlinin sözlərinə HAQQ QAZANDIRDI: "İndiki halda bu maddənin tətbiqi doğru görünmür"

Reklam: High Technic

“Məsələ ilə bağlı ciddi təzad var və bunun səbəbi gerçək şəkildə nə baş verdiyinin hamı tərəfindən bilinməməsidir”.

Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi fonunda barəsində həbs qətimkan tədbirinin seçilməsinə və millət vəkili Tahir Kərimlinin məsələ ilə bağlı parlamentdə səsləndirdiyi mülahizələrə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Ələsgər Məmmədli Eldəniz Səlimovun haqqında 309-cu maddə ilə cinayət işi açılmasının mövcud şərtlər daxilində doğru görünmədiyini qeyd edib:

“İstintaqın konkret olaraq hansı sübutlar əsasında aprıldığını bilmədiyim üçün birbaşa bunu qiymətləndirməyim doğru olmaz. Amma ümumi şəkildə elan olunan hərəkətlə elan olunan maddə arasındakı bağ baxımından baxsaq, əlbəttə ki, ziddiyyətli məqam var. Deputatlıq səlahiyyətini aşmaq bu səlahiyyəti icra edərkən yaranan nəticədir. Halbuki gecə saat on ikidə restoranda oturub yemək yemək deputat səlahiyyətinin icrasıyla bağlı deyil. “Mən deputatam, filankəsi gətirin bura, döyüm”, – tərzində deyibsə, o zaman bu maddə tətbiq oluna bilər. Yox əgər belə deyilsə, o zaman indiki halda 309-cu maddə ilə cinayət işi açılması ağlabatan görünmür.

Ona görə deyirəm, detalları bilmirəm. Bununla bağlı gerçək faktı görməmişik. Həqiqətən, polisə xəsarət yetirilibmi, yetirilibsə, dərəcəsi nə olub. Bu tip hadisələr normalda xuliqanlıq olur. Əgər o, deputatlığını ortaya qoymadan insident baş versəydi, bu, iki şəxsin münaqişəsi də ola bilərdi. Detalları bilmədiyimiz zaman sadəcə mülahizə yürüdürük. Amma ilk elan olunan hadisəylə elan olunan maddə arasında ciddi təzad var. Çünki deputat səlahiyyətinin icrası o zaman baş verir ki, siz deputat kimi hansısa bir funksiya icra edirsiniz və biri bu çərçivədə qarşınıza çıxır, siz də onu aşaraq keçirsiniz.

Amma normalda deputat da gecə saat 12-də yemək yeyə bilər və ya yolda gedərkən məmur onu, “Niyə maska taxmamısan?” – deyə saxlaya bilər. O zaman, “Maska taxmalıyam, taxmalı deyiləm”, – deyə münaqişə edər, amma burada da yenə səlahiyyət ortaya çıxmaz. Konkret olaraq səlahiyyətli şəxsin əmrinə tabe olmaz, hadisə bununla bağlı baş vermiş olar. Məsələ ilə bağlı ciddi təzad var və bunun səbəbi gerçək şəkildə nə baş verdiyinin hamı tərəfindən bilinməməsidir. Əgər iddianaməni görsək, o zaman deyə bilərik ki, 309-cu maddənin tətbiqi doğrudur, yoxsa yox. Amma indiki halda doğru görünmür”.

Eldəniz Səlimovun səs yazısının qeydə alınması ilə bağlı danışan hüquqşünas bu məsələdə fərqli yanaşmaların ola biləcəyini vurğulayıb:

“Bu məsələ bir az dəyişə bilir. Yəni deputatı telefonundan kimsə qanunsuz olaraq dinləyibsə, onun toxunulmazlığını pozmuş olur. Normalda yol hərəkətini tənzimləyən polis nəfərinin üzərində xüsusi səs yazan cihaz olur. Onlar pozuntuya cihazı qoşaraq yaxınlaşmalıdır. Əgər bu hadisədə də səs bu tip aparatla yazılıbsa, burada qanunsuz yazıntıdan söz gedə bilməz. Əgər deputat pozuntunu mandatı ilə əlaqələndirirsə, bunun da yazılması mümkündür. Çünki hüquq pozuntusunun yazılması qanunsuz hesab edilmir. Bunun xaricində isə deputatın toxunulmazlığına onun telefon danışıqları da daxildir”.

Aqil Bəkir

www.yenicag.az

650
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100