Azərbaycanlı bloger Hüseyn Həsənov maraqlı addımı ilə diqqət çəkib.
Yenicag.az xəbər verir ki, o, şəxsi instaqram hesabında yayımladığı yeni videosunda Bakıda fanatlarından birinin toyunda iştirak edəcəyini deyib:
“İyunun 24-nə qədər Bakıdayam. Burada olduğum müddətdə izləyicilərimin toyunda iştirak etmək istəyirəm. Bu günlərdə kimin toyu olacaqsa, mənə yazsın, dəvətnaməni göndərsin. Toy olacağını sübut etsin. Biz sizin toyunuza qatılacağıq”.
Xatırladaq ki, azərbaycanlı bloger Rusiyada məşhurlaşıb. Onun 26 milyondan çox izləyicisi olan instaqram hesabı var./bakuws/
www.yenicag.az