İ. Popov: “Bu gün böyük hadisə baş verdi”

media-hightechnic-468x90
img1835006Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər yenidən görüşmək istəklərini təsdiqləyiblər və ATƏT-in Minsk qrupu qarşıdakı görüşün gündəliyi üzərində işləyir.
Yenicag.az trend-ə istinadən xəbər verir ki, bunu Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda jurnalistlərə deyib.
O bildirib: “Biz görüşün gündəliyi üzərində işləyirik. Bu və ya gələn ay regiona səfər etməyə və təfərrüatları müzakirə etməyə hazırlaşırıq”.
İ.Popovun sözlərinə görə, bu gün böyük hadisə baş verdi: “Bakı ətrafında qaçqın qəsəbəsinə yenidən baş çəkmək imkanı yarandı”.
Rusiyalı həmsədr diqqətə çatdırıb ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hökumətin qaçqın və məcburi köçkünlər üçün əlverişli şəraitin yaradılması üzrə səyləri barədə danışıb.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600