Şəmkirdə qəza oldu: Ölü və yaralılar var

media-hightechnic-468x90

Şəmkirdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi “Tofaş” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində dünyasını dəyişib.

Sərnişinlər – Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05