İbrahim Tatlıses üçüncü dəfə evlənir – Foto

88281_qho1qd683eMüğənni İbrahim Tatlıses nikah masasına oturmağa hazırlaşır.

O, 2011-ci ildə silahlı hücuma məruz qaldığı zaman yanında olan və yaralanan assistenti Damla Buket Çakıcıya evlilik təklif edib.

Bir müddət əvvəl yenidən İ.Tatlıseslə işləməyə başlayan Damla eyni zamanda həyat yoldaşından yeni boşanıb. Tatlıses bir qız anası olan D.Buket haqda “Damla gəldi, həyatım dəyişdi. Özümə gəldim. Ən qısa zamanda nikah kəsiləcək” deyib.

Qeyd edək ki, İ.Tatlıses indiyə qədər iki dəfə rəsmi evlilik həyatı yaşayıb. O, Adalet Durak, Ayşegül Yıldızla rəsmi nikahda olub, Derya Tuna və Perihan Savaşla vətəndaş nikahında yaşayıb.