“Ayrı düşdük”: Dadaşovadan kədərli duet - VİDEO

media-hightechnic-468x90

Xalq artisti Brilliant Dadaşova bu dəfə Avroviziya ulduzu Aisel ilə eyni layihədə yer alıb.

Yenicag.az xəbər verir ki, sənətçilər “Ayrı düşdük” adlı mahnını duet şəklində təqdim ediblər.

Musiqisi Aiselə, sözləri isə Nəriman Abbaszadəyə aid olan bəstə üçün klip də çəkilib.

Ekran işi Royal Djafarovun rejissorluğu ilə ərsəyə gəlib.

Mahnının aranjimanı keçmiş “Karvan” qrupunun musiqi rəhbəri, bəstəkar Firuz İsmayılova, mix-masterinqi Oleq Naumova həvalə olunub. Klip üçün Brilliant Dadaşovanı Elnur Həsənov, Aiseli isə Kamran Həsənli hazırlayıb.

“Ayrı düşdük” yarımçıq qalan sevginin ağrısını və ayrılıqdan sonra qalan sükutu ifadə edir.

Videonu təqdim edirik:

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa