İcra başçısının avtomobili qaydaları yox saydı - VİDEO

media-hightechnic-468x90

Bakıda qayda pozan sürücülərin görüntüsü yayılıb.

Avtosfer.az xəbər verir ki, hadisə martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb.

Qayda pozan avtomobillərin sırasında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili də olub

Belə ki, icra başçısına məxsus 01-AA-001 BMW, həmçinin 99-KS-287 KIA, 90-ZS-357 “Toyota”, 90-BR-667 “Mercedes-Benz”, 77-DH-678 “Opel”, 99-OS-798 “Skoda”, 77-PB-828 “Ford”, 99-JZ-508 “Ford”, 99-OE-585 “Mercedes-Benz” markalı avtomobillərin sürücüləri sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxıblar.

Sürücülər axına qarşı hərəkət edərək qaydaları kobud şəkildə pozublar./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600