!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra nümayəndəsi Çinarlı sakinlərinin ittihamlarına CAVAB VERDİ: "Sahələr göz qabağındadır, suvarma həyata keçirilir"

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakinləri susuzluqdan əziyyət çəkmələrilə bağlı redaksiyamıza şikayət ünvanlamışdılar.

Qəsəbə sakinləri Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasovun əkin sahələrinə su verilməsinin qarşısını aldığını bildiriblər.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Elçin Abbasov sakinlərin iddialarının əsassız olduğunu bildirib.

İcra nümayəndəsinin sözlərinə görə, sahələrə suyun verilməsi növbəlilik prinsipi əsasında həyata keçirilir.

“Bu, yalan söhbətdir, qətiyyən elə bir məsələ yoxdur. Sahələr göz qabağındadır, suvarma sistemi həyata keçirilir. Problem nədir, mən başa düşə bilmirəm. Su birliyi var, suvarma sistemləri idarəsi var. Mən icra nümayəndəsi olaraq suyun ədalətli bölgüsünə nəzarət edirəm. Hazırkı mövcud şəraitdə heç bir sakinin də narazılığı yoxdur.

Taxıl sahələrinə, vətəndaşlara, altı sot olan həyətyanı sahələrə və digər məhsullara su gedir.

Hazırladığınız materialda da şəhid ailəsi haqqında danışmısınız, mənim haqqımda da çox pis fikirdə danışmısınız. Mən, ümumiyyətlə, vətəndaşlara həssaslıqla yanaşıram. Gəlin baxın. Vətəndaşlara lazımi qədər su gedir. Heç bir problem yoxdur. Vətəndaş şikayətinə dərhal cavab verilir. Şəmkir Rayon İcra Hakimiyyəti başda olmaqla icra nümayəndəsi də dərhal reaksiya verir.

Yağış, qar yağmadı, təbii, biz də problem yaşadıq. Bu gün taxıl olan yerdə yoncaya su gedə bilməz. Çünki bir hektar deyil, iki hektar deyil, bir nəfərin qırx hektar yonca sahəsi var. Ona su vermək mümkün deyil. Çünki 830 metr məsafəsidir. Belə məsələlər var. Vətəndaşların əksəriyyəti aqrotexniki qaydalara uyğun əkin sahələri əkməyiblər. Bu, həyətyanı sahə deyil ki, deyəsən, hə, vəziyyətdən çıxmaq olar. Biri qırx hektar yonca əkirsə, o, aqrotexniki qaydaya əməl etməlidir. Əvvəlki dövr deyil ki, su bol ola. Yoxdur su, su problemləri var. Şəmkir rayonunda su qrafiklədir, növbəli şəkildədir. Suya hamının ehtiyacı var və ondan səmərəli şəkildə istifadə edilməlidir. Biz də həmin məsələlərə nəzarət edirik. Yoxsa mən vətəndaşa su vermirəm, qərəzçilik… bunlar olmayan şeylərdir.

Ulu öndərimiz başda olmaqla, onun siyasəti başda olmaqla cənab prezidentin bütün tapşırıq, sərəncam və fərmanı bizim üçün qanundur. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı yenidir. Çox yerində olan, çox savadlı, səliqəli, obyektiv, vətəndaşlara diqqətlə yanaşan başçıdır. Onun yerlərdəki nümayəndəsi də bizik. Bizim vəzifə borcumuz vətəndaşa layiqincə xidmət göstərməkdir.

Su on yeddi kilometrdən gəlir qəsəbəyə. Bir də görürsən, su azalır. Çünki başda min dənə turba var. Onlar vətəndaşların pay torpaqlarına və həyətyanı sahələrə gedən turbalardır. Bu borularla vətəndaşlar özləri üçün su aparırlar. Vətəndaşlar çox açır, növbəni pozur. Su azalanda səkkiz yüz metr məsafəyə necə gedə bilər? Məsafəni qurşaqlara bölsələr, problem olmaz”.

Aqil Bəkir

COP29

www.yenicag.az

810
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv