Azərbaycanda vəkillərin sayı açıqlandı

media-hightechnic-468x90

Son 3 ildə vəkilliyə test üsulu ilə 6 yazılı imtahan keçirilib. Ümumilikdə son 8 il ərzində bu rəqəm 16-ya çatıb Bu imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkəmizdə vəkillərin sayı 3 dəfədən çox artaraq 2825-ə çatıb. Qeyd olunanlardan 2706 nəfəri aktiv vəkillik fəaliyyəti ilə məşğuldur, 12 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, 107 vəkil isə dövlət qulluğundadır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK üzvlərinin növbəti konfransında çıxışı zamanı deyib.

Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən tətbiq olunduğunu qeyd edən sədr 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırıldığını bildirib: “Qeyd edim ki, 2025-ci ildə vəkillərə 34 min 73 qərar üzrə 5 milyon 999 min 874 manat ödənilib. Növbəti il üçün isə dövlət büdcəsindən ödənişsiz hüquqi yardıma görə 9 milyon manat vəsait ayrılıb”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05