Nərimanovda motosiklet maşına çırpıldı

media-hightechnic-468x90

Paytaxtda yolun hərəkət istiqamətində maşını saxlayaraq qəfil qapını açan sürücü qəzaya səbəb olub.

“Unikal”ın məlumatına görə, hadisə Nərimanov rayonu, Karl Hüseyn küçəsində baş verib. İdarə etdiyi “BMW” markalı avtomobili dayandıraraq qapını açan sürücünün səhlənkarlığı nəticəsində yoldan ötən motosiklet həmin qapıya çırpılıb.

Xoşbəxtlikdən hadisə özəl tibb müəssisəsinin qarşısında baş verib və müxtəlif bədən xəsarətləri alan motosikletçiyə yardım edilib.

Faktla bağlı araşdırma başlanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa