İdman jurnalistikası ixtisas oldu

media-hightechnic-468x90

Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılıb.

Yeniçağ.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında dəyişiklik edib.

Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada “idman jurnalistikası”, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda “idman tibbi və reabilitasiya” ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda bədən tərbiyəsi və idmanda “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisasının isə adı dəyişdirilib, “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” ixtisası adlandırılıb.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600