!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdman jurnalistləri Tofiq Heydərovu qınadılar

!Reklam – Yazi

AAAF-ın rəhbəri Tofiq Heydərov yenə jurnalistlərdən narazıdır. Bir müddət əvvəl barəsində yayılan xəbərlə bağlı 50-dən çox saytı məhkəməyə verən Heydərov, bu dəfə jurnalist Aygün Osmanovadan şikayətçidir.

Ancaq Tofiq Heydərov bu dəfə narazılığını bir qədər etik çərçivəni aşaraq bildirib. O, şəxsi “facebook” səhifəsində xanım jurnalistin azyaşlı qızı ilə fotosunu paylaşaraq, izləyiciləri üçün Osmanovanı açıq hədəf göstərib. Bu azmış kimi, o, bir qədər də irəli gedərək azərbaycanlı qızını ermənilərlə iş birliyində günahlandırıb.

Görəsən, Tofiq Heydərovun bu paylaşımı nə qədər etikdir? Yenicag.az saytına danışan Korner.az saytının baş redaktoru Saleh Arslan hesab edir ki, onun bu addımı acizlikdən başqa bir şey deyil:

“Deyəsən, son zamanlar Tofiq Heydərov işini-gücünü atıb, jurnalistləri məhkəməylə hədələməklə məşğuldur. Aygün xanımla bağlı son statusu isə ədəb qaydalarını aşmaqdır. Həmkarımız məlumatı etibar etdiyi mənbədən alıb və işıqlandırıb. Tofiq bəy isə məlumatı təkzib və ya təsdiq etmək əvəzinə, onu, az qala, Vətən xaini çıxarıb. Nəymiş? Ermənilər bizi izləyirlərmiş, belə şeyləri yazmaq düz deyilmiş. Nə edək, Tofiq bəy, heç nə yazmayaq, heç nəyə səsimizi çıxarmayaq ki, ermənilər bizi izləyir? Jurnalistin işi məlumat yaymaqdır, yamaq vurmaq yox. Əgər nədənsə narazıdırsa, haqlıdırsa, xanımın profilindən skrinlər edib paylaşmaqdansa, buyursun, Prezidentin dostlarını versin məhkəməyə, bu qədər çığır-bağıra ehtiyac yoxdur axı…

Mən Tofiq bəyin vəkilinin mövqeyi ilə də tanış oldum. Deyir ki, Aygün xanım məlumatı paylaşarkən statusunda (!) “Azərbaycanda ağır atlet qalmadı” yazıb, bu isə jurnalistikaya ziddir. Vəkil bəyə də izah etdim, əvvəla, Aygün xanım bu ifadəni məlumatda deyil, statusunda yazıb. Statusda yazılan hər ifadəni isə jurnalistikaya aid etmək olmaz. Buyursunlar, fərd kimi fikir azadlığımızı da məhdudlaşdırsınlar… İkincisi, hətta məlumatda yazsaydı belə, bunu ədəbi mübaliğə hesab etmək lazımdır. Hətta ona “Koroğlu” dastanından misal da çəkdim: “Koroğlu dedi: – Yeddi batman düyünün aşı, yeddi qoyunun yarı şaqqası, mənim bir dəfəmin xörəyidi.” İndi nə edək, bu ədəbi mübaliğəyə – insan anatomiyasına zidd məlumat verdiyinə görə dastanı məhkəməyə verək? Bu cür nümunələr yüzlərlə, minlərlədir. Belə şeyləri əldə əsas tutub məhkəməylə hədələmək, jurnalisti aşağılamaq sadəcə acizlikdir. Öz ayıbına kor ola bilməməyin acizliyi…”

“Futbol+” qəzetinin müxbiri Rəşad Qasımov isə Tofiq Heydərovu anlamadığını bildirir:

“Bu məsələ bizim iclasda da müzakirə olundu. Tofiq Heydərovun fikirləri ilə də tanışam. Xanım həmkarımızı niyə qınayır başa düşmürəm. Həmin xanım əldə etdiyi informasiyanı bölüşüb. Bunun Ermənistana və ya ermənilərin Olimpiadada medal qazanmasına nə dəxli var? Tofiq bəy başqa federasiyalarda yaşananları işıqlandırmamaqla həm də bütün mətbuatı ittiham edir. O AFFA prezidentinin yerində olsaydı nə edərdi? Yaxşı olardı ki, bu cür məsələlərə özü yox federasiyanın mətbuat katibi səviyyəsində reaksiya verilərdi. Əgər jurnalistin yazısında yalan, federasiyaya qarşı böhtan varsa, məhkəməyə müraciət edib cəzalandırmaq mümkündür”.

Emin Səfərov

www.yenicag.az

1946
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv