“Real Madrid” Alvaro Karreras üçün 50 milyon avro ödəməyə HAZIRDIR
İspaniyanın nəhəng futbol klubu “Real Madrid” Portuqaliyanın “Benfica” komandasının sağ cinah müdafiəçisi Alvaro Karreras üçün transfer müqaviləsini bağlamağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, Lissabon təmsilçisi Karrerasın transferinin baş tutması üçün 50 milyon avro məbləğində ödəniş tələb edir.
Bu transfer “Real Madrid”in mövsüm əvvəlində imzaladığı Trent-Aleksander Arnold (“Liverpool”) və Din Heuzen (“Bournemouth”) kimi futbolçulardan sonra növbəti böyük addım olacaq.
Xatırladaq ki, keçən mövsüm fransız ulduz Kilian Mbappeni transfer edərək ikinci “Los Galacticos” heyətini yaratmağa çalışan “Real Madrid” müdafiə xəttindəki problemlər səbəbindən titul qazana bilməmişdi. Bu səbəbdən, Karrerasın transferinin əsas məqsədi komandadakı müdafiə boşluqlarını doldurmaqdır.
Göycə Göycəyev