İƏT Gənclər Forumunun prezidentindən Azərbaycana dəstək

İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatı qətiyyətlə pisləyib.

Yenicag.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu iyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində mövqelərimizi artilleriya atəşinə tutması ilə bağlı bəyanat yayıb.

İƏT Gənclər Forumu bəyanatda, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının yaralanması və həlak olması ilə nəticələnən hücumlarını qətiyyətlə pislədiyini bildirib.

İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan şəhid olanların ailələrinə və Azərbaycan rəsmilərinə dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib. O, bir daha Azərbaycan xalqına dəstəyini ifadə edib.

İƏT Gənclər Forumu İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeydsiz-şərtsiz çıxması haqqında qətnamələrinə istinad edərək müstəqillik, ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmət kontekstində bölgədə daimi sülhü dəstəklədiklərini vurğulayıb.

COP29