İƏT-in Xankəndi Zirvə görüşündə Əfqanıstanın əsas prioritetləri elan olundu

media-hightechnic-468x90

Tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik.

APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Bəradər İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Əbdül Qəni Bəradər deyib ki, Əfqanıstan İslam Əmirliyi artıq Rusiya tərəfindən tanınıb: “Əfqanıstan görünməmiş ümummilli birlik əldə edib. Bu, bizə İƏT üzvləri ilə strateji əlaqələri həyata keçirməyə imkan verəcək. Biz narkotik maddələrin dövriyyəsi ilə bağlı qətiyyətli tədbirlər görürük”.

Əfqanıstan Baş nazirinin müavini qeyd edib ki, Kabilin xarici siyasəti qarışlıqlı hörmətə, faydalı əməkdaşlığa əsaslanır: “Biz əməkdaşlığın şaxələndirilməsinin tərəfdarıyıq. Xarici siyasətimizin hədəfi iqtisadiyyatımızın dirçəldilməsidir. Biz nəqliyyat dəhlizlərini dəstəkləyirik, ölkəmizdən keçəcək mühüm nəqliyyat dəhlizi də bura daxildir”.

Əbdül Qəni Bəradər vurğulayıb ki, İƏT üzvlərinin Əfqanıstana qarşılıqlı dəstəyi mühüm əhəmiyyət kəsb edir: “Əfqanıstan sərmayəçilər üçün əlverişli investisiya məkanına çevrilib, xarici investorlar bir çox sahələrə investisiya yatırmaqdadır. İƏT üzvlərini də Əfqanıstana sərmayə qoymağa çağırıram”.

O, İqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşünün Kabildə keçirilməsini təklif edib. Əbdül Qəni Bəradər deyib ki, belə bir görüşün təşkil edilməsinə hazırdırlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600