İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi

media-hightechnic-468x90

Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600