Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev mühüm qəbullar keçirdi - FOTO

Reklam: Sinerji Pro

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT baş katibinin müavini Rəşid Xalikov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov, Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodetsin başçılıq etdiyi nümayəndə heyəti, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron ilə görüşüb.

Yenicag.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreşin salamlarını və xoş arzularını dövlətimizin başçısı İlham Əliyevə çatdıran Rəşid Xalikov Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs edib, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışıb.

Rektor Anatoli Torkunov isə Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini deyib. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Açılış çıxışlarından sonra Forum işini plenar və işçi sessiyalarla davam etdirib.

Loading...

www.yenicag.az

2481
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100