Reklam: High Technic
hightechnic

"İlham Əliyevin xarici siyasəti dünya üçün modeldir" - Azər Verdiyev

Reklam: Sinerji Pro

Son 2 ayda Prezident İlham Əliyev bir neçə ölkənin rəsmilərini qəbul etdi, eyni zamanda, bir neçə ölkəyə rəsmi səfər etdi.

Azərbaycan xarici siyasətinin uğurlarını şərh edən QALİB-in sədri, politoloq Azər Verdiyev rəsmi Bakının reallaşdırdığı xarici siyasət kursunun effektiv model olaraq qəbul olduğunu dedi:

“Təkcə son 2 aya baxsaq xarici siyasətimizin necə çoxbucaqlı olduğunu görəcəyik. Merkelin, Yaponiya XİN rəhbərinin, Gürcüstan, Türkiyə baş nazirlərinin və digər strateji siyasətçilərin Bakı səfəri ölkəmizə verilən yüksək önəmdən xəbər verir. Bundan başqa İlham Əliyev Rusiyaya, Qırğızıstana bə Çexiyaya rəsmi səfər etdi. Hər səfər özlüyündə ölkəmiz üçün uğurlu və düşərli oldu. Bu çox mühüm məqamdır. Bu hələ bizim son 2 ayda həyata keçirdiyimiz xarici siyasətdir. Ulu Öndər tərəfindən əsası qoyulan və İlham Əliyev tərəfindən davam etdirilən bu kurs dünyada bir model olaraq qəbul edilir”./7NEWS/

www.yenicag.az

1135