İyunun 20-də ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığının yadda qalan məqamlarından biri isə ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə əldə olunmasına dəvətidir. Belə olan halda, həqiqətən də yaxın perspektiv üçün sülh müqaviləsinin imzalanması real görünürmü?
Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən politoloq Turan Rzayev qeyd edib ki, Blinken və İlham Əliyev arasında baş tutan telefon danışığı kifayət qədər diqqətçəkən məqamlarla yadda qaldı:
“Xüsusilə ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tez bir zamanda imzalanması ilə bağlı dəvəti müsbət hadisədir. Lakin ABŞ-nin bu istiqamətdə hansısa addım atacağı gözlənilmir. Çünki hazırda tərəflər arasında danışıqlar vasitəçi olmadan davam etdirilir”, – deyə politoloq bildirib.
Ətraflı videonu təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az